Almaniya kansleri Fridrix Merts bəyan edib ki, amerikalıların Avropada demokratiyanı xilas etməsinə ehtiyac yoxdur.
AzPost -un məlumatına görə, kansler bu barədə Ağ Ev tərəfindən dərc edilmiş yeni ABŞ milli təhlükəsizlik strategiyasını şərh edərkən bildirib.
“Amerikalıların Avropada demokratiyanı xilas etməsinə ehtiyac görmürəm. Əgər xilas etmək lazım olarsa, bunu özümüz edə bilərik”, – deyə Almaniyanın baş naziri bildirib.
Onun sözlərinə görə, təcrid siyasti ABŞ-ın maraqlarına uyğun ola bilməz: “Dünyada tərəfdaşlara ehtiyacınız var və Avropa bu tərəfdaşlardan biri ola bilər. Əgər Avropa ilə ortaq məxrəc tapa bilmirsinizsə, heç olmasa Almaniyanı tərəfdaşınız edin”.
Elə həmin gün Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, ABŞ-a qarşı tənqid başqa yerə yönəldilməlidir. “Bəlkə də müxalifətin, azad medianın, siyasi müxalifətin qadağan olunduğu, bildiyimiz kimi X və Twitter-in də qadağan olunduğu Rusiyaya yönəldilməlidir”, – deyə o bildirib.