AZ

“Günah Sabir bəydədir...” “Adam ağır narsisizm xəstəliyinə tutulmuş birisidir”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan dilinin normaları ilə bağlı müzakirələrdə çıxış üçün dəvət olunan sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib.

Vitse-spiker vurğulayıb ki, Sabir Rüstəmxanlı ona ayrılan vaxtı artıq keçib. Xalq şairi Sabir Rüstəmxanlı son bir cümlə demək istəsə də, vitse-spiker imkan yaratmayıb.

“Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz (Rafael Hüseynov – müəl.) hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”.

Keçmiş deputat, elm və təhsil sahəsi üzrə tanınmış ekspert Etibar Əliyev “Facebook” hesabında bu qalmaqala reaksiya verib və Xalq şarini müdafiə edib. “Sabir bəy kimi dil uğrunda mücadilə aparan bir şəxsə nə reqlament?”, - E.Əliyev sual edir. Eks-deputat vurğulayıb ki, əslində “Rafael Hüseynov kimi məkrli bir adamın” moderator seçilməsi doğru deyil:

“Adam ağır narsisizm xəstəliyinə tutulmuş birisidir. Bir nəfər üzünü tutub bu yoldaş akademik Hüseynova deyə bilərmi ki, 7-ci sinif "Azərbaycan dili" dərsliyində çap olunmuş bu əndrəbadi şeirlərə görə Emin Əmrullayevə söz deyə bilərsənmi? Cəsarəti çatmaz. Ancaq hər şeyin ətrafında danışmağa ustadılar.

CAVANLIĞIM

Yenilməyən qala idi

Kaş yerində qala idi

Məndən gedən cavanlığım

Tanış imiş mənə bunlar

Əziz imiş köhnə yollar

Çətin imiş ayrılıqlar

Qürbətlər də günahkar imiş.

DOVŞAN ŞEİRİ

Dovşan çox bərk qaçırdı

Arxasına baxmadan

Necə sürətlə qaçır

Sincab dedi ağacdan

Çox çalışıb görünür

Məşq edib, axşam - səhər

Yoxsa qaça bilərmi

Yorulmadan bu qədər

Bunu eşidib dovşan,

Heç ayaq saxlamadan

Sən də belə qaçarsan,

Məşqçin tülkü olsa.

Əksinə, Emin Əmrullayev tapşırsa, Rafael Hüseynov kimi tiplər bu şeirləri göylərə qaldırar”.

E. Əliyev daha sonra sual edir:

“Dil və ədəbiyyat dərsliklərini R.Hüseynov müzakirəyə çıxara bilərmi? Sabir bəyin sözünü kəsmək hünər deyil, mənasız dissertasiyalar yazdırmaqla alim sayını artırmaq dilə olan ən böyük hörmətsizlikdir. Mənə verilən məlumata görə, Emin Əmrullayevin dil haqqında mənasız çıxışına R. Hüseynov sonsuz təşəkkürünü bildirib. Ancaq həm də üzvü olduğu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının sözünü kəsməklə "cürətli" olduğunu nümayiş etdirib. Günah Sabir bəydədir...”

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
azpolitika.info

2Mənbələr