AZ

Tramp Ukraynada prezident seçkilərinin keçirilməsinə çağırdı

ABŞ prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin keçirilməsinin vaxtının çatdığını bildirib. Ajans.az Politico-ya istinadən xəbər verir ki,onların sualına cavab olaraq Tramp deyib: “Düşünürəm ki, vaxtdır. Seçkilərin keçirilməsi üçün vacib bir zamandır. Onlar müharibədən seçkilərin keçirilməsindən yayınmaq üçün istifadə edirlər, amma Ukrayna xalqının seçim imkanı olmalıdır. Və bəlkə də Zelenski qalib gələcək.” Tramp həmçinin qeyd edib ki, Ukraynada uzun müddətdir prezident seçkiləri keçirilməyib: “Bilirsiniz, onlar demokratiyadan danışırlar, amma artıq demokratiya olmadığı nöqtəyə çatır.”

Ukrayna qanunvericiliyinə görə, prezident və parlament seçkiləri hərbi vəziyyət dövründə keçirilməz. Rusiya işğalından sonra ölkədə 2022-ci ilin fevralında hərbi vəziyyət tətbiq olunub və bu müddət müntəzəm olaraq uzadılır. Hərbi vəziyyət səbəbindən 2023-cü ilin oktyabrında keçiriləcək Ali Rada seçkiləri və 2024-cü ilin martında nəzərdə tutulan prezident seçkiləri baş tutmayıb. Seçkilərin keçirilməməsi Rusiya tərəfindən Zelenskinin “qanunsuz” olduğunu iddia etmək üçün arqument kimi istifadə edilir.

Seçilən
34
1
Ajans.az

10Mənbələr