BAKI, 9 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Nikolas Maduronun Venesuela prezidenti kimi günlərinin sayılı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Politico”ya müsahibəsində deyib.
Donald Tramp ABŞ-nin Venesuelaya qurudan müdaxiləsi ehtimalı ilə bağlı suala belə cavab verib:
“Onun günləri saylıdır”.