AZ

“Ukraynada prezdient seçkisinin vaxtı çatıb” –Trampdan açıqlama

ABŞ prezidenti Tramp Ukraynada seçkilərin keçirilməsinin vaxtı çatdığını bəyan edib. 

AzPost bildirir ki, Tramp bu barədə “Politico”ya verdiyi müsahibədə deyib. O, Ukraynada seçkilərin keçirilməsinin vaxtı çatıb-çatmadığı sualına cavabında “Bəli” deyib: “Düşünürəm ki, vaxtı çatıb. Uzun müddət keçib. Vəziyyət yaxşılaşmır. Bəli, seçkilər üçün vacib bir zamandır. Onlar müharibəni seçkilərin keçirilməməsi üçün bəhanə kimi istifadə edirlər, amma Ukrayna xalqının bu seçimi olmalıdır.

Bəlkə də Zelenski qalib gələrdi. Kim qalib gələrdi bilmirəm. Amma uzun müddətdir ki, seçkilər olmayıb. Demokratiyadan danışırlar, amma bir anda demokratik olmağı dayandırırlar”, – deyə Tramp vurğulayıb.

AzPost.az

Seçilən
7
azpost.info

1Mənbələr