AZ

Tədqiqatçı-alim: Ağıllı şəbəkə sistemi Azərbaycanın enerji ixracı imkanlarını artıracaq

Bakı, 9 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC

Azərbaycanın bərpaolunan enerji potensialından tam istifadə etmək üçün birinci növbədə elektrikötürmə şəbəkəsi yenilənməli və gücləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Almaniyanın "EnBW AG" şirkətində çalışan, enerji sistemlərinin modelləşdirilməsi və bərpaolunan enerji üzrə ixtisaslaşmış tədqiqatçı-alim Rasim Cənnətəliyev söyləyib.

O bildirib ki, smart şəbəkə texnologiyalarının tətbiqi bərpaolunan enerjinin istifadəsini genişləndirəcək və Azərbaycanın enerji ötürmə-ixrac potensialını gücləndirəcək.

“Şəbəkənin ağıllı idarəetmə sistemləri ilə optimallaşdırılması bərpaolunan enerjinin inteqrasiyasını asanlaşdıracaq. Bu infrastruktur qurulduqdan sonra Azərbaycan istehsal etdiyi enerjini həm ölkə daxilində daha səmərəli ötürə, həm də Avropaya və qonşu ölkələrə ixrac edə bilər”, - deyə mütəxəssis vurğulayıb.

Seçilən
8
1
azertag.az

2Mənbələr