AZ

Gözünün rəngini dəyişənlər vəsiqəni də dəyişməlidir?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son vaxtlar insanların göz rəngini dəyişdirməsi trend halını alıb.

Bəzən bu dəyişiklik ciddi problemlərə yol açır. Bir çox hallarda elektron proqramlar və sistemlər vətəndaşı tanımır, xüsusilə şəxsiyyət vəsiqəsindəki şəkillə real görünüş arasında uyğunsuzluq yaranır, müxtəlif rəsmi prosseslərdə çətinliklər yaranır. 

Bəs göz rənginin dəyişənlər səxsiyyət vəsiqəsini dəyişməlidirmi? 

“Cebheinfo.az” xəbər verir ki, vəkil Vamiq Şükürov bu barədə danışıb. O bildirib ki, göz rənginin dəyişməsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə səbəb olmur: 

“Vətəndaşın şəxsiyyət vəsiqəsindəki şəkli ilə real həyatda sərhəd keçmə məntəqəsində vizual görünüşü arasında çox fərq ola bilər. Vətəndaş üzünü çox dəyişirsə, bu şəxsin eyniləşdirilməsi tələb oluna bilər ki, özü şəxsiyyət vəsiqəsində olan vəziyyəti təqdim etsin. 

Bununla bağlı şəxsiyyət vəsiqəsi dəyişdirilməməlidir, çünki şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi hallarında göz rəngi ilə bağlı heç bir tələb qoyulmayıb. 

Bu, onu göstərir ki, həmin şəxsiyyət vəsiqəsi etibarlıdır və vətəndaşın sərhəd xəttində hərəkətinin məhdudlaşdırılması, dayandırılması mümkün deyil. Qadağa o halda ola bilər ki, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi hallarında gözün rənginin dəyişdirilməsi də göstərilsin”. 

Gülər 

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr