AZ

Çin yeni məsafədən zondlama peykini kosmosa göndərdi

Yazını böyüt
Yazını kiçilt

Çinin şimal-qərbindəki Jiuquan Peyk Buraxılış Mərkəzindən yeni məsafədən zondlama peyki olan Yaogan-47-ni kosmosa uğurla buraxıldı.

Hafta.az-ın yazdığına görə, Yaogan-47 peykini daşıyan "Long March-4B" buraxılış vasitəsi Pekin vaxtı ilə saat 11:41-də buraxılış yerindən qalxdı. Peyk planlaşdırılan orbitə uğurla daxil oldu.

Peyk əsasən milli torpaq ehtiyatları tədqiqatlarında, şəhərsalmada, yol şəbəkəsinin dizaynında, məhsuldarlığın qiymətləndirilməsində, ətraf mühitin idarə olunmasında və fəlakətlərin qarşısının alınması və azaldılmasında istifadə olunacaq.

Bu uçuş "Long March" buraxılış vasitələri seriyasının 614-cü missiyasıdır.

Seçilən
64
hafta.az

1Mənbələr