AZ

"Vüqar Həşimov Memorialının nüfuzu dünyada həddindən artıq böyükdür" - Mahir Məmmədov

XANKƏNDİ, 9 dekabr. TELEQRAF

“Şəhriyar Məmmədyarovun bu turnirdə iştirak etməməsinin səbəbi digər turnirlərlə üst-üstə düşməsidir. O, uzun illər bu Memorialda çıxış edib, qalib olub. Bu il çox sərt kontraktlara imza atıb. Bu səbəbdən iştirakı alınmadı”.

Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.

O, Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan XI Vüqar Həşimov Memorialının açılış mərasimi barədə fikirlərini bölüşüb:

“Artıq neçə illərdir ki, bu Memorial keçirilir. Bugünkü turnir Qarabağda təşkil olunur. Torpaqlarımız işğaldan azad edildikdən sonra ilk böyük idman hadisələrindən biri də bu Memorialın keçirilməsi oldu. Turnirin nüfuzu dünyada həddindən artıq böyükdür. Bunu yarışda iştirak edən idmançılardan görə bilərik. Turnir iştirakçılarına uğurlar diləyirəm. Ümid edirəm ki, Vüqar Həşimov turniri uzunömürlü olacaq. Azərbaycan Şahmat Federasiyası turnirin təşkilatçısıdır. Mükafatla bağlı suallara Vüqar Həşimov Memorialının mükafat fondu cavab verə bilər”.

Qeyd edək ki, turnirə dekabrın 11-də yekun vurulacaq.

Seçilən
102
teleqraf.com

1Mənbələr