"Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "yaşıl enerji" siyasəti, bərpa olunan enerji layihələri, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl zona" konsepsiyası ölkəmizi regionda ekoloji texnologiyalar üzrə lider dövlətə çevirir. Bu prosesdə süni intellekt həm strateji alət, həm də dayanıqlı inkişafın mühüm komponentidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Ekoloji problemlərin böyük bir qismi idarəetmədə gecikmələr və məlumat çatışmazlığı ilə bağlıdır. Süni intellekt bu boşluğu doldurur, ekologiyada məlumatların toplanması və təhlili sahəsində böyük imkanlar açır. Süni intellekt həmçinin enerji səmərəliliyinin artırılmasında mühüm rol oynayır, eyni zamanda biomüxtəlifliyin qorunmasında da əvəzsizdir. AI (süni intellekt) tullantıların idarə olunmasında yeni imkanlar yaradır. Tullantıların idarəolunmasında əsaslı çeşidləmə sistemləri tullantıları daha yüksək dəqiqliklə ayırır, təkrar emal potensialını artırır və resursların itkisinin qarşısını alır. Bu yanaşma COP29-un prioritetlərindən olan dairəvi iqtisadiyyat modelinin real həyata tətbiqidir.
Digər tərəfdən, su resurslarının idarə edilməsində süniintellekt iqlim dəyişmələrinin ölkəmiz üçün yaratdığı yeniriskləri azaltmağa yardım edir. Quraqlığa meyilli bölgələrdəsuyun istifadəsinin optimallaşdırılması, su itkisi risklərininproqnozlaşdırılması, kənd təsərrüfatında suvarmanınavtomatik tənzimlənməsi kimi tətbiqlər həm iqtisadi, həmdə ekoloji baxımdan böyük üstünlüklər verir. Əgərkeçmişdə su resurslarının planlaşdırılması illik statistikaüzərində qurulurdusa, bu gün süni intellekt real vaxtməlumatları əsasında daha dəqiq qərarların qəbulunutəmin edir.
Lakin bütün bu faydalarla yanaşı, süni intellektin tətbiqimüəyyən məsuliyyət də tələb edir. Süni intellekt yalnızekoloji məqsədlərlə, qaydalar çərçivəsində və real ehtiyaclara uyğun şəkildə tətbiq edilməlidir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31