AZ

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Sumqayıt şəhəri, Corat qəsəbəsində dekabrın 10-da 650 abonentin qaz təchizatında fasilə olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.

Bildirilib ki, buna səbəb yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulmasıdır.

Qeyd edilib ki, qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.

Bizim.Media

Seçilən
74
6
bizim.media

10Mənbələr