AZ

“Şahdəniz” kompressiya platformasının dayaq blokunun tikintisi üzrə müqavilə imzalanıb

“Şahdəniz” konsorsiumu bu ilin əvvəlində təsdiqlənən “Şahdəniz Kompressiya” (ŞDK) layihəsinin cədvəl üzrə irəliləyişini təmin etmək məqsədilə tikinti müqaviləsi imzalayıb.

bp şirkətindən verilən məlumata görə, 156 milyon ABŞ dolları dəyərində olan bu müqavilə ŞDK platforması üçün dayaq blokunun və payaların tikintisini əhatə edir. Müqavilə “BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərinə (birlikdə “BOS Shelf” adlanır) verilib.

Müqavilənin iş həcminə quraşdırma sexləri və montaj üzrə mühəndislik işləri, boru-prokat işləri, 9900 tonluq dayaq blokunun və 5800 tonluq boru payaların və yan payaların hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismar sınaqları, eləcə də hazır dayaq blokunun dənizə yola salınmaq üçün barjaya yüklənməsi və bərkidilməsi işləri daxildir.

Bütün istehsal-quraşdırma işləri “BOS Shelf”ə məxsus Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsində həyata keçiriləcək və bu işlərdə yerli infrastruktur və resurslardan tam istifadə olunacaq. Müqavilənin icrasına cəlb olunacaq işçi qüvvəsinin təxminən 97 faizinin Azərbaycan vətəndaşlarından ibarət olacağı, ümumi iş icrasının isə təqribən 2 milyon iş saatı təşkil edəcəyi gözlənilir. Müqavilə çərçivəsində işlərin 2025-ci ilin dördüncü rübündə başlanması və 2028-ci ilin birinci rübündə tamamlanması planlaşdırılır.

Seçilən
26
6
vergiler.az

10Mənbələr