AZ

Rusiyada təyyarə qəzaya düşdü – Sağ qalan olmayıb

Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər  verir   ki, qəzada təyyarədə olanların hamısı - beş heyət üzvü və iki sərnişin həlak olub.

Təyyarənin hissələri Uvod su anbarının sahilində və sularında aşkarlanıb. 

Rusiya Aerokosmik Qüvvələrindən (VKS) komissiyanın artıq hadisə yerinə yola düşdüyü bildirilir.

An-22 “Antey” Rusiya ordusunda bu tip sonuncu əməliyyat təyyarəsi idi. Onlar 1969-cu ildən bəri aktiv istifadədə olub.

Bizim.Media

Seçilən
57
19
bizim.media

10Mənbələr