AZ

Vernidubun “Neftçi”dəki aylıq məvacibi bilindi – 25 min dollar!

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidubun əmək haqqısı bəlli olub.

Mətbuatda mütəxəssisin maaşı ilə bağlı yazılanlar doğru deyil. O, iddia edildiyi kimi yeni klubunda 50 min dollar qazanmayacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Vernidubun aylıq əmək haqqısı 25 min dollardır. Təcrübəli çalışdırıcı Ukrayna mətbuatında iddia edilən məbləğin yarısına çalışacaq “Neftçi”də.

Tərəflərin artıq bütün məsələlərdə anlaşdığı bildirilir. Yaxın zamanda onun təyinatı rəsmən açıqlanacaq.

 

Seçilən
28
idmanxeber.az

1Mənbələr