Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 1,13 milyon dollar dəyərində 4,3 min tondan çox neft bitumu ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 5,1 dəfə, həcmi isə 3,6 dəfə artıb.
Cari ilin ilk 10 ayında neft bitumunun ümumi ixracda xüsusi çəkisi 0,01 faizə bərabər olub.