AZ

Dünyanın ən böyük köpəkbalığını tutdular VİDEO

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hindistanda balıqçılar doqquz metr uzunluğunda, çəkisi isə beş ton olan köpəkbalığını tutublar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, dünyanın ən böyük balığı hesab olunur.

Məlumata görə, canlı Balasore şəhəri yaxınlığında dənizə çıxan balıqçı gəmisinin ekipajının torlarına düşüb .

Köpəkbalığı sahildən təxminən 200 metr aralıda tutulub. Balıqçılar belə bir ovu təkbaşına sahilə çıxarda bilməyiblər,  onların köməyinə  kənd əhalisi yetişib.

Belə nadir balığın peyda olması turistlərin və yerli sakinlərin marağına səbəb olub, onlar ovu görmək və şəkil çəkdirmək üçün sahilə axışıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
unikal.az

1Mənbələr