AZ

Rusiyada zərərli bitkiyə görə torpaqlar MÜSADİRƏ EDİLİR

Rusiyada torpaqlar sahiblərindən alınır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yaroslavl vilayətində fermerin 170 hektar ərazisi zərərli bitki yayıldığı üçün müsadirə edilib.

Məlumata əsasən, Rusiyada vətəndaşların torpaq sahələrinin əllərindən alınması prosesinə başlanılıb. Buna səbəb həmin ərazilərdə “borşevik” (Sosnovski baldırğanı) bitkisinin kütləvi yayılmasıdır.

Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev bildirib ki, bir fermerdən dərhal 170 hektar torpaq sahəsi geri alınıb.

Qeyd olunur ki, regionda 5 min torpaq sahəsində yoxlama aparılıb və onlardan 1400-ü ilə bağlı iddialar qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
65
interpress.az

1Mənbələr