AZ

ABŞ-ın yeni təhlükəsizlik strategiyası “AB-yə siyasi müharibə” kimi qiymətləndirildi

Ajans.az onun sözlərinə istinadən xəbər verir ki, sənədin dərc olunması “Avropa İttifaqına siyasi müharibə elan etmək” deməkdir. Siyasətçi bu fikirləri sosial media hesabında paylaşıb. Borrell bildirib ki, ABŞ-ın vitse-prezidenti Cey.Di. Vance Münhen Təhlükəsizlik Konfransında Avropaya qarşı açıq şəkildə mənfi münasibət nümayiş etdirib və Prezident Donald Tramp həmin yanaşmanı rəsmi strateji sənədə çevirib. “Bu, AB-yə qarşı siyasi müharibədir. Onlar parçalanmış, tələblərə tabe olan və istədikləri siyasətçilərə səs verən ağdərili Avropa görmək istəyirlər”, – deyə o vurğulayıb. Borrell Avropa liderlərini “Trampın rəqib olmadığını iddia etməyi və qorxaq sükutun arxasında gizlənməyi” dayandırmağa çağırıb. O, AB-nin müxtəlif sahələrdə suverenliyini qətiyyətlə müdafiə etməli olduğunu bildirib. Bundan əvvəl Avropa Komissiyasının keçmiş vitse-prezidenti Vera Yurova da ABŞ-ı Avropa və onun siyasətlərinə qarşı tənqidi fikirlərin yer aldığı yeni Milli Təhlükəsizlik Strategiyasının dərcindən sonra “cəhalətdə günahlandırmışdı”.

 

Seçilən
10
Ajans.az

1Mənbələr