Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin SSRİ-ni bərpa etməyə çalışmır, çünki bu, mümkün deyil.
AzPost bildirir ki Bir müddət əvvəl Almaniya kansleri ARD-Arena-da bildirib ki, NATO üzv ölkələrində, xüsusən də Almaniyada hərbi xərclərin artması SSRİ-nin bərpası qorxusundan qaynaqlanır.
“Vladimir Putin SSRİ-ni bərpa etmək istəmir, çünki bu, mümkün deyil. O, bunu dəfələrlə deyib”, – deyə Peskov Almaniya kansleri Fridrix Merzin açıqlamalarını şərh edərkən vurğulayıb.