Bakı, 8 dekabr, F.Əlizadə, AZƏRTAC
Azərbaycanın mədəninin təbliğinə, inkişafına hər zaman dəstək göstərməkdə maraqlıyıq. Bakıda belə bir festivalın keçirilməsi mədəniyyətin inkişafına, yaradıcılıq mühitinin genişlənməsinə və yeni ideyaların formalaşmasına xidmət edir.
Bunu AZƏRTAC-a açıqlamasında İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) Baş direktoru Mahmut Erol Kılıç deyib.
Baş direktor vurğulayıb ki, “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” maraqlı və dəyərli təşəbbüsdür. Onun sözlərinə görə, gənclər bu layihədən faydalanacaq, öz inkişaflarına töhfə verəcək və gələcək yaradıcılıq fəaliyyətlərində bunun müsbət nəticələrini görəcəklər.