AZ

Dünyanın ən güclü 10 telefonu belli oldu - Siyahıda "iPhone" var?

2025-ci ilin ən güclü smartfonları ilə bağlı AnTuTu tərəfindən hazırlanan yeni siyahı texnologiya dünyasında böyük maraq doğurub.

Day.Az xəbər verir ki, hər ay bazarda olan telefonları xüsusi testlərdən keçirən platforma bu dəfə ilin ən yüksək performans göstərən modellərini müəyyənləşdirib.

iPhone 17 ilk 10-luqdan kənarda qaldı

Dünyada ən çox satılan modellərdən olan Apple-ın yeni flaqmanı - iPhone 17 gözlənilməz nəticə göstərib. Satış rekordları qırmasına baxmayaraq, model TOP-10 siyahısına belə düşə bilməyib. Bu, həm istifadəçilər, həm də texnologiya mütəxəssisləri arasında təəccüb doğurub.

2025-ci ilin lideri: Red Magic 11 Pro

Siyahının birinci pilləsində gözlənilməz şəkildə Red Magic 11 Pro qərarlaşıb. Snapdragon 8 Elite Gen5 prosessoru ilə təchiz edilən qurğu AnTuTu testlərində ən yüksək nəticəni göstərərək rəqiblərini geridə qoyub.

İkinci yerdə isə performansı ilə seçilən iQOO 15 qərarlaşıb.

Sürətli prosessoru və yüksək optimizasiyası ilə diqqət çəkən OnePlus 15 siyahıda üçüncü olub.Xiaomi-nin yeni flaqmanı Xiaomi 15 isə 2 962 431 bal toplamasına baxmayaraq, yalnız 8-ci pillədə qərarlaşıb. Bu da markanın son illərdəki performans enişi ilə bağlı müzakirələri artırıb.

2025-ci ilin ən güclü 10 telefonu: 

Elxan Əliyev
Day.Az

Seçilən
11
day.az

1Mənbələr