AZ

“Space Travel”in direktoru: Azərbaycan turizmi sürətlə inkişaf edir

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Azərbaycan son illərdə turizm sektorunda ciddi irəliləyiş əldə edib. Dövlətin həyata keçirdiyi infrastruktur layihələri, regionlarda turizm klasterlərinin yaradılması və vizasız rejimin genişlənməsi ölkəmizi regionun aparıcı turizm mərkəzlərindən birinə çevirib”.Demokrat.az xəbər verir ki, bunu  “Space Travel” şirkətinin direktoru Əminə Dəmirova bildirib.O qeyd edib ki, hazırda həm gəlmə, həm də daxili turizmdə inkişaf istiqamətləri daha sistemli şəkildə formalaşdırılıb:“Şirkət yeni beynəlxalq bazarlarda Azərbaycanın tanıdılmasına xüsusi önəm verir. Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və Cənub Asiyası şirkətin əsas hədəf bazarları kimi müəyyən edilib. Bu istiqamətlərdə tibbi turizm, MICE, macəra və qış turizmi üzrə xüsusi paketlər hazırlanır. Daxili turizmdə ailələr, tələbələr və şirkətlər üçün əlçatan tur paketləri genişləndirilir. İlboyu aktiv turlar mövsümlərarası fərqi minimuma endirməyə xidmət edir. Regionlarda yerləşən hotellərlə əməkdaşlıq şəbəkəsi artırılır. Şirkət fəaliyyətini Dövlət Turizm Agentliyinin strategiyasına uyğun həyata keçirir.

“Destination Azerbaijan” brendinin gücləndirilməsi üçün beynəlxalq sərgilərdə və tədbirlərdə fəal iştirak olunur. Quba–Qusar, Qəbələ–Oğuz, Şəki–Zaqatala və Lənkəran istiqamətində yeni tur marşrutları formalaşdırılır”.Direktor əlavə edib ki, şirkət sağlamlıq və tibbi turizm sahəsində özəl xəstəxanalarla əməkdaşlıq edir:“Beynəlxalq standartlara uyğun xidmət paketləri hazırlayır. Hazırda Yaxın Şərq, Mərkəzi Asiya və Hindistan bazarlarında turist axınında dinamik artım müşahidə olunur. Avropalı turistlər isə daha çox mədəni irs, ekoturizm və gastronomiyaya maraq göstərirlər. Şirkət ölkənin bütün bölgələrini əhatə edən vahid turizm xəritəsi üzərində çalışır. Gələcək planlara sağlamlıq və MICE turizmi üzrə yeni layihələr də daxildir. Əsas məqsəd Azərbaycanın turizm sektoruna əlavə dəyər qatmaq və beynəlxalq rəqabətdə mövqeyi daha da gücləndirməkdir”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr