Bakı. Trend:
Suriyanın paytaxtı Dəməşqdə ölkədə hakimiyyət dəyişikliyininildönümünə həsr olunan bayram tədbirləri zamanı yaranan izdihamda 1nəfər ölüb, daha 259 nəfər isə xəsarət alıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyibəyanat yayıb.
Bəyanatda bildirilir ki, hadisə yerində 247 nəfərə tibbi yardımgöstərilib, daha 12 vətəndaşın isə xəstəxanaya yerləşdirilməsinəehtiyac yaranıb. Həmçinin 17 yaşlı yeniyetmənin həyatını xilasetmək mümkün olmayıb.
Qeyd edək ki, ölkədə hakimiyyət dəyişikliyinin ildönümünə həsrolunan bayram tədbirləri 8 dekabr tarixində Dəməşq daxil olmaqla,Suriyanın bütün iri şəhərlərində keçirilib.