AZ

Polşa hərbi peykindən çəkilmiş ilk görüntüləri yayımlayıb

Bakı, 9 dekabr, AZƏRTAC

Polşada ölkənin hərbi peyklərindən birinin kosmosdan çəkdiyi ilk görüntülər yayımlanıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış “X” sosial hesabında paylaşım edib.

O yazıb: “Polşa Silahlı Qüvvələrinin peyklə kosmosdan çəkdiyi Varşava, Qdansk və Tatrının ilk görüntüləri var”.

Nazirin sözlərinə görə, hazırda peyk tam əməliyyat hazırlığı vəziyyətinə hazırlanır.

TASS-ın məlumatına əsasən, Polşanın kəşfiyyat təyinatlı ilk peykləri noyabrın 28-də Kaliforniyadakı “Vandenberq” Hərbi Hava Qüvvələri bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə Yerə yaxın orbitə buraxılıb.

Qeyd edək ki, bu buraxılış müxtəlif səbəblərdən dəfələrlə təxirə salınmışdı. Bu vaxtadək Polşanın hərbi peyki olmayıb.

 

Seçilən
30
azertag.az

1Mənbələr