AZ

Gürcüstan etiraz qaydalarını sərtləşdirir

Ajans.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları toplantı və ya nümayişin izdihamlı ərazilərdə — piyadaların hərəkət etdiyi yerlərdə, səkilərdə — keçirilməsi və ya aksiyada iştirakçı sayının kifayət qədər olmaması halında etirazçılara əvvəlcədən xəbərdarlıq etməlidirlər. Bundan əlavə, piyada zonalarının nəqliyyat vasitələri, qurğular və müxtəlif əşyalarla bağlanması qadağan edilir. Aksiya təşkilatçıları piyada zonalarının bir hissəsini və ya avtomobil yollarını bağlamaq niyyətində olduqları halda, bunu əvvəlcədən Daxili İşlər Nazirliyinə bildirməlidirlər. Toplantı və ya nümayişin təşkili ilə bağlı rəsmi bildiriş ən gec tədbirdən beş gün əvvəl Nazirliyin Patrul Polisi İdarəsinə təqdim olunmalıdır. Qanun layihəsi həmçinin İnzibati Xətalar Məcəlləsinə də dəyişiklikləri nəzərdə tutur. Yeni qaydalara əsasən, əgər aksiya planlaşdırılmış şəkildə keçirilirsə, Daxili İşlər Nazirliyi vətəndaşlara vaxtında və açıq şəkildə xəbərdarlıq etməli, zərurət yaranarsa, alternativ vaxt, yer və ya tarix təklif edə bilər. Əgər etirazçıların sayı yolun bağlanması üçün kifayət etməzsə, polis əməkdaşları ərazini boşaltmalı və yolu piyadaların və nəqliyyat vasitələrinin istifadəsinə açmalıdırlar. İştirakçı sayı kifayət qədər olduqda və yol kütləvi şəkildə bağlandıqda, səlahiyyətli polis əməkdaşı etirazçılara müraciət edərək xəbərdarlıq etməlidir: əgər bağlanan ərazi 15 dəqiqə ərzində açılmazsa, aksiya qanunsuz hesab olunacaq. Bu halda tədbir vaxtından əvvəl dayandırılacaq və beynəlxalq hüquqa və yerli qanunvericiliyə uyğun tədbirlər görüləcək.

 

Seçilən
10
Ajans.az

1Mənbələr