ain.az, Demokrat.az saytına istinadən bildirir.
Bakının Nizami rayonunda 60 yaşlı kişi mübahisə zamanı tanışına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyunun 17-də, saat 21.00-da baş verib. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Vüqar tanışı, 1966-cı il təvəllüdlü Zaur (adlar şərtidir – red.) ilə nərd oyunu oynayarkən sonuncunun zər tutması səbəbindən mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı o, Zauru söyüb. Bu zaman Zaur onun burun nahiyəsindən yumruqla vurub. Vüqar da cavab olaraq, qəsdən Zaurun sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurub.
Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyunun 17-də, saat 21.00-da yaşadığı evdə nərd oynayarkən baş vermiş mübahisə zamanı tanışı Zaura xəsarət yetirib. O, zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tam ödəməsini deyib. Həmçinin əməlindən peşman olduğunu söyləyib. Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışıq əldə etməsini nəzərə alıb. Bu səbəbdən Vüqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Bundan başqa, Zaurun da Vüqarı vurması ilə bağlı iş ayrıca icraatda araşdırılıb. Bu dəfə isə burun nahiyyəsindən xəsarət alan Vüqar zərərçəkmiş qismində tanınıb. Eyni ittihamla mühakimə olunan Zaur da özünü elan olunmuş Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Zaurun da barəsində olan cinayət işinə ayrıca icraatda Nizami Rayon Məhkəməsində baxılıb. Hakim onların barışmasının nəzərə alıb və Zaurun barəsində olan cinayət təqibinə xitam verilməsi barədə hökm çıxarıb. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.