AZ

Britaniyalı generaldan HƏYƏCANLI AÇIQLAMA - "Rusiyaya uduzuruq"

Böyük Britaniya İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq Atlantikdəki dominant mövqeyini Rusiyaya verə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Krallığın Hərbi Dəniz Qüvvələrinin rəhbəri, general Sir Qvin Cenkins Londonda keçirilən konfransda bildirib.

"Soyuq müharibənin bitməsindən sonra, İkinci Dünya Müharibəsindən sonra əldə etdiyimiz Atlantikdəki üstünlük təhlükə altındadır. Hələ ki mövqedə saxlanılırıq, amma çox da güclü deyilik", - general deyib.

O əlavə edib ki, Rusiya Şimal Donanması aktiv şəkildə modernləşdirilir və Britaniyanın üstünlüyünü qorumaq üçün sürətli texnoloji yeniliklər və NATO-nun dəstəyi vacibdir. Yeniliklər sırasında avtonom sualtı qlayderlər və düşmənin sualtı qüvvələrini izləmək üçün nəzərdə tutulmuş "Atlantic Bastion" sistemi yer alır. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
82
olaylar.az

1Mənbələr