Ruhanilər, yayımladıqları bəyanatda Ermənistan Respublikası hakimiyyətinin atdığı addımlarla bağlı dərin narahatlıqlarını ifadə ediblər.
"Biz Ermənistan Respublikası hakimiyyətinin konstitusiyaya zidd, kilsə əleyhinə və Allahsız hərəkətlərindən, eləcə də ruhanilərin və kilsəyə sadiq oğulların uydurma ittihamlarla qanunsuz həbslərindən dərindən narahatıq və bunları qətiyyətlə pisləyirik. Hakimiyyətin bu addımları milli birliyi dağıdır, erməni xalqı arasında parçalanma və düşmənçilik toxumları səpir", - deyə bəyanatda bildirilir.
Ruhanilər, həmçinin, Ana Taxt Müqəddəs Eçmiədzinə və ümumxalq tərəfindən seçilmiş Bütün Ermənilərin Katolikosu II Qareginə tərəddüdsüz sadiq olduqlarını vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31