Rusiyanın Moskva yaxınlığında, İvanovo vilayətində An‑22 tipli hərbi nəqliyyat təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə yerinə xilasedici qüvvələr göndərilib, xəsarət alan və ya həlak olanlarla bağlı məlumat yoxdur.
İlkin məlumata görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub. Nazirlik hələlik rəsmi açıqlama verməyib.
TASS-ın məlumatına əsasən, təyyarə test uçuşu zamanı Uvodskoye su anbarı yaxınlığında yerə çırpılıb, bəzi hissələri göldə tapılıb.