AZ

Politoloq: Rəsmi Bakı İranla münasibətlərdə ehtiyatlı mövqe sərgiləyir

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanla İran arasında tarixən ciddi münaqişələr olmayıb və iki ölkə arasında ümumilikdə xoş qonşuluq və əməkdaşlıq münasibətləri mövcuddur. Lakin müxtəlif dövrlərdə İran tərəfindən destruktiv addımlar və provokasiyalara cəhdlər müşahidə olunub, süni gərginliklər yaradılıb. Bu gərginliklər əsasən İsrail-Azərbaycan əlaqələri, Azərbaycanın regional siyasəti və öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı məsələlərdən qaynaqlanır. Səfirliyimizə qarşı törədilən terror hücumu da Azərbaycanın narazılıq üçün kifayət qədər əsaslı səbəblərinin olduğunu göstərir".Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.O, bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra tərəflər arasında dialoq yenidən başlayıb:"Gərginliyin azaldılması istiqamətində müəyyən addımlar atılıb. İran Prezidentinin Azərbaycana iki dəfə səfəri, müxtəlif səviyyəli iranlı rəsmilərin səfərləri və hazırda davam edən İran xarici işlər nazirinin səfəri münasibətlərin normallaşmağa doğru irəlilədiyini göstərir".Politoloq bildirib ki, lakin bu, qarşılıqlı etimadın dərhal bərpa olunacağı demək deyil:"Proses uzun çəkə bilər və bəlkə də tam başa çatmaya bilər. Rəsmi Bakı İranla münasibətlərdə ehtiyatlı mövqe sərgiləyir. İranın dini məzhəb üzərindən təsir yaratmağa çalışan təsir qrupları, xüsusilə SEPAH kimi qurumlar, istənilən anda münasibətlərdə gərginlik yarada bilər. Əsas məsuliyyət Azərbaycanın üzərinə düşmür. Əgər İran tərəfi münasibətlərin normallaşmasında və əməkdaşlıqda maraqlıdırsa, Bakı bunu müsbət qarşılayacaq. Lakin əgər Tehran yenidən neqativ mövqe sərgiləyəcəksə, Azərbaycanın cavabı da aydın olacaq".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
demokrat.az

1Mənbələr