AZ

Leyli və Məcnun türk dilində çap olundu

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsində Ankarada nəşr olunub.

Kulis.az xəbər verir ki, kitaba yazdığı “Ön söz”də professor, kitabın tərcüməçisi Nimet Yıldırım Nizami Gəncəvinin Azərbaycanın, eləcə də bütün Türk dünyası mədəniyyətinin fəxri, ədəbiyyatın inkişafına isə müstəsna təsir göstərən parlaq sima kimi səciyələndirərək, şairin “Leyli və Məcnun” əsəri ilə Şərqin möhtəşəm məhəbbət dastanını qələmə aldığını vurğulayıb.

O, dahi Nizaminin doğulduğu Azərbaycanın qədim şəhəri Gəncənin orta əsrlərdə Azərbaycan, Orta Asiya və Yaxın Şərqdə əhəmiyyətli elm, ədəbiyyat və mədəniyyət mərkəzi kimi tanındığını vurğulayaraq, şairin ömrü boyu Gəncədə yaşadığını, misilsiz əsərlər yaradaraq poeziya dünyasına bənzərsiz töhfələr verdiyi qeyd edib.

Misirdə 4500 illik piramidada gizli giriş tapılıb

Billi Ayliş İlon Maskı sərt tənqid edib

Yadigar Muradov vəfat etdi

Misirdə 4500 illik piramidada gizli giriş tapılıb

Billi Ayliş İlon Maskı sərt tənqid edib

Yadigar Muradov vəfat etdi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
3
kulis.az

5Mənbələr