AZ

Almaniya Avropada ən güclü ordunu yaratmaq üçün rekord 52 milyard avro xərcləyəcək

Gələn həftə Almaniya qanunvericiləri ümumi dəyəri 52 milyard avro olan 29 hərbi müqaviləni təsdiqləməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bu addım Bundessveri Avropanın ən güclü silahlı qüvvəsinə çevirmək strategiyası çərçivəsində atılır.

Vətəndaşlarla görüşündə çıxış edən kansler Fridrix Merz Almaniya ordusunu Avropanın ən güclüsü etmək vədini təsdiqləyib.

“Ətrafımızdakı dünya tamamilə dəyişib. Mən istəyirəm ki, övladlarım, nəvələrim və onların nəsli azadlıq və sülh içində yaşamağa davam edə bilsin, bunun üçün isə biz özümüzü qorumağı bacarmalıyıq”, - Merz bildirib.

Seçilən
89
11
apa.az

10Mənbələr