AZ

Meksika ABŞ nin tələbinə rədd cavabı verdi Rus kəşfiyyatçıları ilə bağlı

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Meksika hökuməti, ABŞ-nin bu ölkədə Rusiya diplomatik nümayəndəliklərində çalışan iyirmiyə yaxın əməkdaşını deportasiya etmək təklifini rədd edib. Vaşinqton onların diplomatik pərdə altında fəaliyyət göstərən iRusiya xüsusi xidmət orqanı əməkdaşı olduğunu iddia etsə də Meksika bunu qəbul etməyib.

“AzPolitika” bildirir ki, bu barədə "New York Times" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Rusiyanın 2022-ci ildə Ukraynaya birbaşa hücumundan sonra onun Meksikadakı kəşfiyyat fəaliyyəti kəskin şəkildə artıb. Son illərdə ABŞ-dan çıxarılan yüzdən çox Rusiya agentinin bir çoxu Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşı kimi Meksikada işə qəbul edilib.

"New York Times"ın müsahiblərinə görə, hər il milyonlarla amerikalının səfər etdiyi Meksika, ABŞ-də fəaliyyət göstərən agentlərlə görüşmək üçün əlverişli baza rolunu oynayır. Vaşinqtonda bu narahatlıq o qədər böyükdür ki, avqust ayında ABŞ-nin Mexikodakı səfirliyi nəzdində "Rusiya üzrə müşahidəçi" vəzifəsi təsis edilib. Həmin şəxsin əsas vəzifəsi rus agentlərinin Meksikadakı fəaliyyətinə nəzarət etməkdir.

"New York Times"ın məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən tərtib edilmiş onlarla Rusiya kəşfiyyatçısının adı olan iki siyahı Meksika hökumətinə təqdim olunub.

Lakin Meksika rəsmiləri siyahını almadıqlarını və Amerika tərəfinin narahatlıqlarının həddən artıq şişirdilmiş olduğunu iddia edirlər. Onların fikrincə, Meksika xüsusi xidmət orqanlarının əsas diqqəti narkokartellərə qarşı mübarizəyə yönəlib.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
azpolitika.info

1Mənbələr