AZ

Rusiya MN təyyarəsi qəzaya uğrayıb

Rusiyanın İvanovo vilayətində An-22 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Telekanalın məlumatına görə, təyyarədə yeddi ekipaj üzvü olub. Onların taleyi hələ də məlum deyil.

Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Qəzanın səbəbləri barədə məlumat yoxdur.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
58
missiya.az

1Mənbələr