Rusiyanın İvanovo vilayətinin Furmanovski rayonunda “An-22” təyyarəsi qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, təyyarədə 7 heyət üzvü olub. Onların taleyi hələlik məlum deyil.
“Shot” Telegram kanalının məlumatına görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus ola bilər.
Təcili yardım xidmətləri hadisə yerində işləyir və qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Qəzanın səbəbi hələlik açıqlanmayıb.