AZ

DÇ-2026: FİFA mundialla bağlı yeni qərar verdi

2026-cı ildə keçiriləcək Dünya Çempionatında futbolçulara hər oyunda iki əlavə fasilə veriləcək. 

Fanat.Az xəbər verir ki, bunu FİFA-nın rəsmi saytına açıqlamasında turnirin baş koordinatoru Manolo Zubiria deyib.

Su fasilələri hava şəraiti, matçların yeri və ya vaxtından asılı olmayaraq, üç dəqiqə davam edəcək. Beynəlxalq futbol qurumu ABŞ-da keçirilən 2025-ci il Klublararası Dünya Çempionatının müşahidəsinə əsasən verib. Belə ki, ilin yay vaxtlarında hava şəraiti ümumiyyətlə ağır olur.

2026-cı il dünya çempionatı gələn ilin yayında üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika. Turnirin ilk oyunu gələn il iyunun 11-də baş tutacaq. Dünya çempionatının final oyunu isə iyulun 19-na təsadüf edəcək. Turnirdə ümumilikdə 48 milli komanda iştirak edəcək.

Seçilən
3
1
fanat.az

2Mənbələr