ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulunda qeyri-neft və qaz sektorunun payı 52 % təşkil edirdisə, 2025-ci ildə bu göstərici 72 %-ə yüksəlib və 2029-cu ildə 80 %-i ötəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.
Baş nazir bildirib ki, son illərdə Azərbaycan iqtisadiyyatı texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə qədəm qoyub.
O vurğulayıb ki, iqtisadi artımın keyfiyyət göstəriciləri yaxşılaşıb, infrastruktur müasirləşdirilib, innovasiya və rəqəmsallaşma prioritet sahələrə çevrilib. Orta müddətli perspektivdə ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi qeyri-neft sektoru olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.