Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarılmasından sonra yerinə təyinat olubmu?
"Yeni Sabah" xatırladır ki, o, Bakı Dövlət Universitetinin (BDU) Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub.
O, kafedrada sıradan bir müəllim kimi fəaliyyət göstərib.
“Yeni Sabah” Kamilə Əliyevanın işdən çıxarılmasına dair əmrin nə zaman verilməsi və yerinə təyinatın olub-olmaması ilə bağlı BDU-nun mətbuat xidmətinə sorğu ünvanlasa da, müraciətə cavab verilməyib.
Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirən K.Əliyeva ixtisasca bioloq olsa da, psixologiya elmləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.
Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva 2010-cu ildə Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsinə təyin olunub. 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən “ilin müəllimi” adına layiq görülüb, Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla, 2012-ci ildə Bakı Dövlət Unuiversitetinin Fəxri Fərmanı ilə təltif olunub.
Nazim Hacıyev
Telegram kanalımız