ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən Avropa İttifaqının, Böyük Britaniya səfirliklərinin birgə təşəbbüsü ilə Ümumdünya İnsan Hüquqları Günü qeyd olunub.
Aİ ölkələrinin səfirlərinin də qatıldığı tədbirdə vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak edib.
Gununsesi.info xəbər verir ki, həmin qəbulla bağlı Böyük Britaniya səfiri Fergus Auld özünün X hesabında paylaşım edib.
Həmin paylaşımda deyilir:
“Bu həftə Beynəlxalq İnsan Hüquqları Gününü qeyd edərək, səylərimizin əsasına insan hüquqları, yaxşı idarəçilik və inklüzivliyi yerləşdirməklə iqlim dəyişikliyi, kibertəhlükəsizlik və münaqişə kimi qlobal problemlərin həllində tərəfdaşlarla birgə işləmək öhdəliyimizi təsdiqlədik”.
Pərviz
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.