AZ

Maldivdə turistə köpəkbalığı HÜCUM ETDİ – FOTO/VİDEO

Maldiv adalarında köpəkbalığı rusiyalı turistə hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Sankt-Peterburqdan olan qadın yırtıcıların yemləndiyi zonaya düşüb və xəsarət alıb.

Hadisə turist snorklinqlə (su səthində maska ilə üzmə) məşğul olarkən baş verib.

Məlumata görə, axın qadını yırtıcıların qidalandırıldığı əraziyə aparıb. Həmin vaxt “dayə” cinsli köpəkbalığı onun barmağını dişləyib.

Təşkilatçılar dərhal ona ilkin tibbi yardım göstərərək tibb məntəqəsinə çatdırıblar. Xəsarətin ciddi olduğu, zərərçəkənə dəri köçürülməsi əməliyyatının lazım gəldiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr