
Rusiyanın İvanovo vilayətində “An-22” təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, Qəza İvanovonun Furmanovski rayonunda baş verib. Təyyarənin göyərtəsində yeddi nəfər ekipaj üzvü olub.
Digər tərəfdən, “Şot” Teleqram kanalı qəzaya uğrayan “An-22” təyyarəsinin Rusiya Müdafiə Nazirliyinə məxsus olduğunu bildirib.
Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir.
Ölən və yaralananlar barədə məlumat yoxdur.