ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
“Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması yol təhlükəsizliyi baxımından vacib addımdır”.Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. O deyib ki, son illər mopeddən istifadə edənlərin sayı artdıqca nəqliyyat axınında risklər də çoxalıb:“Bir çox sürücülər yol qaydalarını bilmədiyi üçün həm özləri, həm də digər iştirakçılar üçün təhlükə yaradır. Xüsusilə şəhər daxilində mopedlərin qəfil manevrləri və yüksək sürətlə hərəkəti qəzaların əsas səbəblərindəndir. Vəsiqə tələb olunması bu sahədə məsuliyyəti artıracaq və qaydalara əməl etməyi stimullaşdıracaq. Bu dəyişiklik moped istifadəçilərinin minimum nəzəri və praktiki biliklərə sahib olmasını təmin edəcək. Təlimlərdə təhlükəsiz məsafə, dönmə qaydaları və qoruyucu vasitələrin istifadəsi daha ciddi izah ediləcək.Eyni zamanda, mopedlərin qeydiyyata alınması nəqliyyatın idarə olunmasını asanlaşdıracaq. Bu addım polisin nəzarət mexanizmini gücləndirəcək və qayda pozuntularının qarşısını almağa kömək edəcək. Avropa ölkələrinin təcrübəsi də göstərir ki, belə tələblər qəzaların sayını əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda bunun tətbiqi həm piyadaların, həm avtomobil sürücülərinin, həm də moped istifadəçilərinin təhlükəsizliyini artıracaq. Qoruyucu dəbilqə və təhlükəsizlik avadanlıqlarının istifadəsi də daha ciddi tələblərə çevriləcək. Ümumilikdə bu qərar nəqliyyat sistemində nizam-intizamı gücləndirəcək və şəhər içi hərəkəti daha təhlükəsiz edəcək”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.