AZ

Bəzi şagirdlər sinifdə davranış normalarına riayət etmirlər Ekspert

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Məktəblərdə psixoloq çatışmazlığı ölkəmizdə ciddi problem olaraq qalır. Bu vəziyyət şagirdlərin emosional və psixoloji inkişafına mənfi təsir göstərir”.Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Əli Əhmədov deyib.O qeyd edib ki, sinifdə davranış problemlərinin artmasına və müəllimlərin iş yükünün ağırlaşmasına səbəb olur:“Hər məktəbdə ən azı bir tam-ştat psixoloq olmalıdır. Psixoloq ştatlarının artırılması prioritet məsələlərdən biri olmalıdır. Universitetlərdə məktəb psixologiyası üzrə təhsil və ixtisasartırma proqramları genişləndirilməlidir. Mövcud psixoloqlar üçün davamlı təlimlər və ixtisasartırma kursları təşkil olunmalıdır. Psixoloqlar müasir metodlarla işləməli və şagirdlərin fərdi ehtiyaclarını nəzərə almalıdır. Məktəblərdə psixoloji xidmətin funksiyaları və səlahiyyətləri dəqiq müəyyən edilməlidir. Psixoloqların iş yükü balanslaşdırılmalı və onların fəaliyyətinə məktəb rəhbərliyi dəstək verməlidir. Valideynlər, müəllimlər və psixoloqlar arasında əməkdaşlıq gücləndirilməli, risk qrupuna aid uşaqlar üçün xüsusi planlar hazırlanmalıdır. Məktəblərdə psixoloji kabinetlər lazımi avadanlıq və resurslarla təmin edilməlidir. Şagirdlərin psixoloji vəziyyəti vaxtaşırı ölçülməli və monitorinq sistemi tətbiq olunmalıdır. Psixoloji dəstək mədəniyyəti artırılmalı, şagirdlər psixoloqa müraciət etməyə çəkinməməlidir. Bu addımlar məktəb mühitində nizam-intizamı və uşaqların sağlam inkişafını təmin edəcək”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
demokrat.az

1Mənbələr