AZ

Arşın mal alan Vankuver səhnəsində oynanılacaq

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kanadada fəaliyyət göstərən "Təbriz Azərbaycanlıları Musiqi və Rəqs Ansamblı" 2026-cı ilin mart ayında Vankuverə qastrol səfəri edəcək.

Kulis.az xəbər verir ki, bu barədə ansamblın yaradıcı direktoru Şervin Şadpur məlumat yayıb.Bildirib ki, məqsəd Azərbaycanın mədəniyyət və incəsənətini Şimali Amerikada başqa millətlər arasında təbliğ etməkdir.

Ansambl sözügedən qastrol çərçivəsində martın 8-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası ilə çıxış edəcək.

Nəriman Həsənzadənin son vəziyyəti

Amerika ədəbiyyatında "böyük roman" ənənəsini canlandıran yazıçı

Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış etdi

Ansamblın növbəti qastrolları isə Kalqarı şəhərinə və ABŞ-ın Nyu-York ştatına planlaşdırılır.

Xatırladaq ki, 2003-cü ildə yaranan ansambl Kanada hökuməti tərəfindən qeydiyyatdan keçib. Repertuarında Emin Sabitoğlu, Fikrət Əmirov, Elza İbrahimova kimi Azərbaycan bəstəkarlarının əsərləri yer alıb.

Ansambl indiyə qədər Üzeyir Hacıbəylinin iki məşhur əsərini "Məşədi İbad" və "Arşın mal alan"ı modern quruluşda səhnələşdirib. Hər iki əsər tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb.

Nəriman Həsənzadənin son vəziyyəti

Amerika ədəbiyyatında "böyük roman" ənənəsini canlandıran yazıçı

Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış etdi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
kulis.az

1Mənbələr