“Rusiya Silahlı Qüvvələri bütün istiqamətlərdə irəliləməni davam etdirir”.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Baş Qərargah rəisi Valeri Qerasimov məlumat verib.
Onun sözlərinə görə, Krasnoarmeyskın (Pokrovsk) ələ keçirilməsindən sonra Rusiya ordusunun növbəti hədəfi Dmitrovski (Mırnoqrad) nəzarətə götürülməsidir:
“51-ci ordunun əsas vəzifəsi Dmitrovsk (Mırnoqrad) rayonunda mühasirəyə düşmüş Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin tamamilə məhv edilməsidir. Hazırda şəhərin cənub hissəsi azad olunub və tam nəzarətimiz altındadır. Bu, şəhərdəki binaların ümumi sayının 30 faizindən çoxunu təşkil edir”, — deyə Qerasimov bildirib.