Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Goranboy Rayon İcra Hakimiyyətində icra başçısı Məhərrəm Quliyevin rəhbərliyi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Aparat iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi "12 dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım Günü" ilə bağlı RİH-nin müvafiq Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin təşkili, Goranboy şəhərində qəzalı vəziyyətdə olan 60 və 16 mənzilli yaşayış binaları ilə bağlı məsələlərin operativ həlli istiqamətlərində işlərin təmin edilməsi, şəhid ailələri və qazilərlə yerlərdə görüşlərin davam etdirilməsi, səyyar qəbullarda edilən müraciətlərin təhlili və yerində araşdırılması, DNİS üzrə tapşırıqların icra vəziyyəti, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanuna müvafiq istifadəsinə nəzarətin həyata keçirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə RİH yanında yaradılmış mobil qrupların fəaliyyəti, əsas turizm marşurutları üzrə yolkənarı ərazilərdə abadlıq işlərinin və yeni salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluğun davam etdirilməsi və bu istiqamətlərdə verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.