AZ

MQ-28 PDT “hava-hava” tipli AIM-120 raketi ilə atış həyata keçirib

ABŞ-ın “Boeing” şirkəti və Avstraliya Hərbi Hava Qüvvələrinin (HHQ) birgə əməkdaşlığı nəticəsində inkişaf etdirilən MQ-28 “Ghost Bat” pilotsuz döyüş təyyarəsi (PDT) “hava-hava” tipli AIM-120 raketi ilə atış həyata keçirib.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, atış sınağı MQ-28-in Avstraliya HHQ-yə məxsus E-7A “Wedgetail” və F/A-18F “Super Hornet” təyyarələri ilə birlikdə işləyərək hava hədəfini zərərsizləşdirməsini əhatə edib.

Sınağın ssenarisinə əsasən, MQ-28, E-7A və F/A-18F fərqli məkanlardan havaya qalxıb. Havaya qalxdıqdan sonra E-7A operatoru MQ-28 üzərində nəzarəti ələ alıb və təhlükəsizliyə, eləcə də atəş icazəsi prosesinə nəzarət edib.

F/A-18F təyyarəsi MQ-28 ilə döyüş sıralanması yaradaraq sensor imkanı təqdim edib, hədəfi aşkarlayıb və izləyib. Daha sonra hədəflə bağlı məlumat üç platforma arasında paylaşılıb.

Sonda isə MQ-28 hədəfin mövqeyini tənzimləyib və E-7A-dan hədəfi vurmaq üçün icazə alaraq, “Raytheon” şirkətinin AIM-120 AMRAAM raketi ilə hədəfi uğurla məhv edib.

Seçilən
47
poliqon.az

1Mənbələr