AZ

Məktəblərdə Azərbaycan dilinin tədrisi genişlənir - Təhsil İnstitutu

Bakı. Trend:

Tədrisi digər dillərdə olan məktəblər Azərbaycan tarixi iləyanaşı başqa fənlərin də ana dilində tədrisi məsələsinə aydınlıqgətirilib.

Trend xəbərverir ki, bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərinimüvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyevbu gün jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, Azərbaycan dilinin tədrisi genişlənir:

“Artıq “Ədəbiyyat”, “Hərbi hazırlıq” və “Musiqi” fənləri tədrisdilindən asılı olmayaraq bütün siniflərdə Azərbaycan dilində tədrisolunur və bu fənlər üzrə qiymətləndirmə də həmin dildə aparılır.Məqsəd şagirdlərin öyrənmə prosesinə təsiri və nəticələrinqiymətləndirilməsidir. Hazırda digər fənlərin də Azərbaycan dilindətədrisi ilə bağlı müzakirələr davam edir. Konkret hansı fənlərin busiyahıya əlavə olunacağı barədə qərar isə növbəti illərdəveriləcək”, - o vurğulayıb.

Seçilən
39
9
az.trend.az

10Mənbələr