Sərbəst güləş üzrə dünya üçüncüsü Arseniy Djioyev Güləş Federasiyasın mətbuat xidmətinə müsahibə verib.

Offsideplus.az həmin müsahibəni sizə təqdim edir:

– Güləşə necə gəlmisən?

– Güləşə böyük qardaşımın izi ilə gəldim. Atam onu məşqə gətirirdi. Mən də zalda oynuyurdum. Əvvəl yavaş-yavaş bunu arzuladığımı gördüm və onda anladım ki, güləşi seçməliyəm.

 

– 2023-cü ildən bəri Azərbaycan millisinin üzvüsüsən. Azərbaycanı seçmək karyerana necə təsir etdi?

– Bəli, artıq iki il yarımdır ki, Azərbaycanı təmsil edirəm. Bu müddət ərzində həyatımda çox şey dəyişdi və bütün bunlar yalnız müsbət tərəfə doğrudur.

 

– Bu müddət ərzində iştirak etdiyin 10 nüfuzlu turnirdən 8-də medal qazanmısan. Nəticələrindən razısan?

– Keçid dövründə qarşılaşdığım müsbət hadisələr mənə ciddi təsir etdi. Güclü komandanın tərkibində yer aldığım üçün çox xoşbəxtəm. Azərbaycan mənim ikinci evimdir və buna görə minnətdaram. Allahın köməkliyi ilə nəticələrimi sabit saxladığımı və ölkəmizə medallar qazandıra bildiyimi göstərə bildim.

 

– Hansı medal və görüş sənin üçün ən dəyərli və yaddaqalan olub?

– Mənim üçün ən dəyərli mükafat son dünya çempionatında qazandığım bürünc medal və İslam Həmrəyliyi Oyunlarının qızılıdır. Hər iki yarışa çox ciddi və inadla hazırlaşmışdım. Ən vacib qarşılaşmam isə iranlı dünya çempionu Kamran Qasempurla olan görüşüm idi.

 

– Yeri gəlmişkən, İslam Həmrəyliyi Oyunlarında ilk mərhələdə titullu rəqibinə qalib gəldin. Kamrana qalib gələcəyinə inanırdın? Qarşılaşmanı necə planlaşdırırdın? Hesabda geridə olarkən ruh düşkünlüyü ilə üzləşmədin?

– Bu yarışa böyük səylə hazırlaşmışdım. Əlbəttə ki, özümə inanırdım. Hesabda geri düşəndə belə gücümdən və Allahın köməyindən ümidimi kəsmirdim. Taktikanı məşqçilərimlə birlikdə qurduq və bunun sayəsində qarşılaşmanı doğru taktikayla qalib gəlməyə nail oldum. Məşqçilərimizə çox minnətdaram.

 

– Qarşıdakı Azərbaycan çempionatında əsas rəqiblərin kimlərdir?

– Azərbaycanda mənim çəkimdə çox yaxşı idmançılar var. Gənc nəsil də sürətlə inkişaf edir. Kimisə xüsusi fərqləndirmək istəmirəm.

 

– 86 kq sərbəst güləşdə güclü rəqabətin olduğu çəkidir. Belə rəqabətdə uğur qazanmaq üçün hansı şəxsi keyfiyyətlər üzərində işləyirsən?

– Mən güləş bacarıqlarımı artırmaq üçün hər bir detal üzərində işləyirəm. Təkcə qalib gəlmək yox, rəqiblərimdən nəzərəçarpacaq dərəcədə üstün olmaq və görüşlərdə tam dominant olmaq istəyirəm.

 

– Səncə, bu çəkinin liderləri kimlərdir?

– Son dünya çempionatı da göstərdi ki, hazırda bu çəkinin lideri amerikalı Zahid Valensiyadır.