Bu gün Azərbaycan təmsilçisi "Sabah" basketbol üzrə kişilər arasında Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Rimas Kurtinaytisin çalışdırdığı kollektiv B qrupunda Çexiya "Nimburk"unu qəbul edəcək.
20:00. Sabah (Azərbaycan) - "Nimburk" (Çexiya)
Bakı, Milli Gimnastika Arenası
"Sabah"ın heyəti: Keyt Cordan, Hassani Qravett, Cerri Bleyks, Klavs Kavars, Andrey Voynaloviç, Ceyms İds, Jan-Mark Pansa, Şirzad Şirzadov, Kamran Məmmədov, Endər Poladxanlı, Ramiz Quliyev, Hüseyn Məmmədov.
Daha öncə "bayquşlar" "Nimburk" (65:93), Almaniya "Alba"sı (76:85) və Fransa "Elan Şalon"u ilə (71:84, 87:89) üz-üzə gəlib. "Sabah" növbəti matçını dekabrın 16-da səfərdə "Alba"ya qarşı keçirəcək.
Nihat